Bakıda itkin düşən şəxs tapılıb.
Bakı şəhər sakini Orucov Rəfail Müzəffər oğlu aprelin 29-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxs mayın 3-də tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (trend)
Hökm.az