Bakıda dəhşətli qəza: ata və azyaşlı oğlu öldü – FOTObackend

Bakıda dəhşətli qəza: ata və azyaşlı oğlu öldü – FOTO

Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ziya Bünyadov prospektində “Mitsibushi Picup” və BMW markalı avtomobillər toqquşub.

Zərbənin gücündən “BMW” işıq dirəklərinə çırpılıb. Qəza nəticəsində BMW-nin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü Nizami Təvəkkül oğlu Yusifov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

Hokm.az

  •  (0)
  •  (0)