Paytaxtdakı 179 nömrəli məktəbin fəaliyyəti fevralın 10-dan distant təhsil formasında davam etdiriləcək.
Hokm.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
Qeyd edək ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq oktyabr ayından bu günə kimi BŞTİ-nin tabeliyindəki məktəblərdən 41-nin fəaliyyəti distant təhsil formasında davam etdirilib.
Onlardan 30-da məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb, əyani dərslər bərpa edilib. axar.az