Bakıda qayda pozaraq qəza törədən avtobus sürücüsünün görüntüsü təhlükəsiz şəhər kamerasına düşüb.
Hokm.az Avtosfer.az-a istinadla xəbər verir ki, paytaxtın 28 May küçəsinin sağ zolağında yüksək sürətlə hərəkət edən marşrut avtobusunun sürücüsü qəfildən sol zolağa keçərək qarşıda dayanmış “Mitsubishi” markalı avtomobillə toqquşub.
Yol-nəqliyyat hadisəsinə səbəb olan avtobusun sürücüsü həm hərəkət sürətinə riayət etməyib, həm də manevr qaydasının tələblərini kobud şəkildə pozub.