Bakıda 3 nəfəri “tok” vurdu – Onlardan biri öldübackend

Bakıda 3 nəfəri “tok” vurdu – Onlardan biri öldü

Bakıda üç nəfəri cərəyan vurub.

Hadisələrdən biri Sabunçu rayon Pirşağıda qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə 14-cü yarımstansiyada çalışan 37 yaşlı İlqar Məmmədov orada olan aparatın partlaması nəticəsində yanıq xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb, vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hadisə zamanı daha bir nəfər dünyasını dəyişib. Onun kimliyi məlum olmayıb.

Səbail rayonunda da anoloji hadisə baş verib. Belə ki, Badamdarda yerləşən elektrik stansiyasında 48 yaşlı Vüqar Əsədovu da elektrik enerjisi vurub. Həmin şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir. (report)

Hokm.az

  •  (0)
  •  (0)