Bakı metrosunda ölüm hadisəsi baş veribbackend

Bakı metrosunda ölüm hadisəsi baş verib

Bu gün metronun “20 Yanvar” stansiyasında ölüm hadisəsi baş verib.

Hokm.az bildirir ki, bu barədə Oxu.Az-a Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O qeyd edib ki, hadisə səhər saat 07:30 radələrində baş verib:

“Stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib. Əməkdaşlarımız tərəfindən xəstəyə ilkin yardım göstərilib və hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəstənin ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib”.

  •  (0)
  •  (0)