Bakı merinin müavinləri yoxdur – 4 yüksək posta təyinat OLA BİLƏRbackend

Bakı merinin müavinləri yoxdur – 4 yüksək posta təyinat OLA BİLƏR

Bakı Şəhər İcra Hakimiyyətində 4 yüksək vəzifə hazırda boşdur.

Hokm.az-ın məlumatına görə, söhbət meriyanın rəhbərliyinə daxil olan birinci müavin və üç müavin postundan gedir.

Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytında həmin vəzifələrin qarşısı uzun müddətdir adsız göstərilir.

Xatırladaq ki, meriyada birinci müavin postuna sonuncu təyinat 2018-ci ilin iyul ayında olmuş, bu vəzifəyə Eldar Əzizov gətirilmişdi. Lakin üç aydan sonra – 2018-ci ilin noyabrında Eldar Əzizov dövlət başçısının sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkildiyindən, birinci müavin postu boşalmışdı. O vaxtdan birinci müavin vəzifəsinə təyinat olmayıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının qadın müavini Fidumə Hüseynova 2021-ci ildə vəzifəsindən azad edilib. Onun yerinə də hələ ki təyinat yoxdur.

Bakı şəhər İcra Hakimiyyəti başçısının digər müavini Rauf Pənahov 2017-ci ildə vəfat edib və bu günə kimi onun yeri də boş qalıb.

Daha bir müavin postuna da son illər təyinat həyata keçirlməyib.

Beləliklə, şəhər meriyasının rəhbərliyində 4 yüksək vəzifə boş olduğundan, həmin postlara təyinat aparılması gözləniləndir.

  •  (0)
  •  (0)