Bağçaya qəbul da elektron qaydada olacaqbackend

Bağçaya qəbul da elektron qaydada olacaq

“Birinci sinfə qəbul, məktəbəqədər təhsilə qəbul, o cümlədən, şagird yerdəyişməsi ilə bağlı elektron sistemlər mövcuddur. İnandığım budur ki, bunu qısa müddətdə məktəbəqədər təhsilə də tətbiq etmək mümkündür”.
 
Hokm.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

 

“İkinci məsələ tərbiyəçilərin işə qəbulu məsələsidir. Burada da müəllimlərin işə qəbulu mexanizminə bənzər mexanizmin olması vacibdir. Düşünürəm ki, növbəti ildən başlayaraq bu mexanizmləri tətbiq edə biləcəyik.
O cümlədən, məktəbəqədər təhsil müəssisələrinin rəhbər şəxslərinin müsabiqə əsasında işə qəbulu olduqca vacib məsələdir”, – nazir qeyd edib.
  •  (0)
  •  (0)