Müxtəlif yaş qruplarından asılı olaraq bağçalar onlayn qaydada fəaliyyət göstərə bilərlər.
Hokm.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, hazırkı vəziyyətlə əlaqədər bağçalarda təhsilin ənənəvi qaydada fəaliyyəti gözlənilmir: “Çünki bağçalarda onlayn təhsil mümkün deyil. Təbii olaraq könüllü olaraq bağçalar onlayn tədris həyata keçirə bilərlər”.