Oktyabrın 23-də Bakı Avrasiya Universiteti (BAAU) Nərimanov rayonu ərazisində yerləşən parkda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil edib.
“Hokm.az” xəbər verir ki, ekoloji davamlılığı təmin etmək, ətraf mühiti qorumaq və yaşıllaşdırmaq məqsədilə keçirilən aksiyada BAAU-nun akademik və inzibati heyəti, həmçinin tələbələr iştirak ediblər.
Park ərazisində BAAU kollektivi tərəfindən 100 ağac əkilib, suvarılıb və onlara qulluq olunub.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BAAU-da müxtəlif formatda tədbirlər həyata keçirilir.