Azərbaycanlı vəzifəli şəxs Ukraynada MÜHASİRƏYƏ DÜŞDÜbackend

Azərbaycanlı vəzifəli şəxs Ukraynada MÜHASİRƏYƏ DÜŞDÜ

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Mariupol üzrə sədri Afaq Həmidova və daha bir neçə azərbaycanlı Mariupolda mühasirəyə düşüb. Onlarla son 5 gündə əlaqə itmişdi, sağ qalıb-qalmamaları ilə bağlı məlumat mövcud deyildi.

Hokm.az xəbər verir ki,”Report” Afaq Həmidova ilə bu gün əlaqə yaradıb.

O deyib ki, sağ-salamatdırlar, şəhəri tərk etmək üçün yaşıl dəhlizi gözləyirlər.

“Mariupolda demək olar, cəhənnəm yaşanır, bütün infrastruktur məhv edilib, şəhər mühasirədədir, artilleriya atəşi isə davam edir”, – A.Həmidova bildirib.

  •  (0)
  •  (0)