Paytaxtda fəaliyyət göstərən və ölkəmizin nüfuzlu özəl proqramlaşdırma məktəblərindən olan – “Maestro School” fəaliyyətində yeniliklər etməyə hazırlaşır.
Məktəbin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, məktəbdə təhsil alan şagirdlər beynəlxalq olimpiadada iştiraka hazırlanırlar.
Almaniya və Rumıniyada təşkil olunacaq, iştirakçıların həm birbaşa, həm də onlayn formada qatılmasına imkan verəcək olimpiadada dünyanın onlarla ölkəsindən yeniyetmə proqramçılar iştirak edəcək. Azərbaycanı isə bu mötəbər və müasir bilik yarışmasında “Maestro School” proqramlaşdırma məktəbi təmsil edəcək.
Əsasən uşaqların və yeniyetmələrin İT (informasiya texnologiyaları) biliklərinin artırılması istiqamətində ixtisaslaşan “Maestro School” eyni zamanda böyüklər üçün proqramlaşdırma kurslarına da start verəcək. Kurslar Avropa protokolları üzrə peşəkar İT mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, “Maestro School” proqramlaşdırma məktəbi 6 yaşdan 16 yaşa qədər uşaqlar üçün nəzərdə tutulan tədris müəssisəsi kimi fəaliyyətə başlayıb. Məktəbliləri, gəncləri keyfiyyətli İT təhsil ilə təmin etmək, full stack proqramçıların formalaşmasına nail olmaq devizi əsasında təsis olunsa da, sonradan fəaliyyət arealını genişləndirib. İT sahəsinə aid ən aktual biliklər, kompleks təlim proqramları, müəllimlər və effektiv tədris metodikası Maestro School-un spesifik cəhətidir.
Robototexnika, IT Start, Oyun tərtibatçısı, Minecraft, VR/AR tətbiqlərin tərtibatçısı, Mobil tətbiqlərin tərtibatçısı, Wix, Scratch, UI& UX Dizayn, Proqramlaşdırma uşaqlar üçün, Proqramlaşdırma yeniyetmələr üçün, Kiber təhlükəsizlik, Data Science, SQL Data Analitikası, Front- End, Back- End proqramlarının tədris olunduğu mərkəzdə şagird və tələbələr vaxtaşırı olaraq imtahanlardan keçir, zəif yerləri müəyyən olunaraq, onların aradan qaldırılması mexanizmləri tətbiq olunur.