Azərbaycandan və Gürcüstandan olan xanım sahibkarlar “Maestro School”u ziyarət ediblər – FOTOLARbackend

Azərbaycandan və Gürcüstandan olan xanım sahibkarlar “Maestro School”u ziyarət ediblər – FOTOLAR

Bakıda Azərbaycan və Gürcüstandan olan qadın sahibkarların Forumu öz işinə başlayıb. Forum “Magen David Azərbaycan” İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin dəstəyilə “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi  və “Women Business Council in Georgia” tərəfindən təşkil olunub. Tədbirin əsas məqsədi iki qonşu ölkədən olan qadın sahibkarların həmrəyliyinə nail olmaq, faydalı və qarşılıqlı əlaqələrini inkişaf etdirməkdir.

Forum çərçivəsində müxtəlif dövlət qurumlarında olan, habelə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin rəsmiləri ilə görüşən forum iştirakçıları ölkəmizin aparıcı İT məktəblərindən olan “Maestro Shcool”u da ziyarət ediblər. Qonaqları salamlayan məktəbin təsisçisi və direktoru Mədinə Paşayeva rəhbərlik etdiyi tədris müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.

O bildirib ki, 2022-ci ilin aprelindən fəaliyyət göstərir: “Uşaqlar və böyüklər üçün proqramlaşdırma və robototexnika məktəbi olan şagirlərimizi keyfiyyətli İT təhsili ilə təmin edir. Tədris sistemini davamlı olaraq inkişaf etdirən və müasir İT protokollarına uyğun təşkil edən məktəbimiz öz fəaliyyətini ən aktual biliklər, kompleks təlim proqramları, müəllim-praktiklər və effektiv tədris metodikası əsasında təşkil edir. Məktəbdə uşaqlar və böyüklər üçün proqramlaşdırma, böyüklər üçün proqramlaşdırma, mobil proqram tərtibatçısı, robototexnika, Uİ&UX Dizayn, VR/AR Tərtibatı, Front – End, Back – End, SQL proqramları tədris olunur” – Paşayeva vurğulayıb.

Əlavə edib ki, məktəbin yetirmələri beynəlxalq səviyyəli olimpiadalarda yüksək nəticələr göstəriblər: “Bu ilin martında şagirdlərimiz dünyanın ən nüfuzlu yarışmalarından olan Beynəlxalq STEM Olimpiadasının elm, texnologiya, mühəndislik və riyyaziyyat üzrə qalibi olublar. Onlayn formatda baş tutan olimpiadada dünyanın müxtəlif ölkələrindən 9 mindən artıq məktəbli iştirak edib və Cənubi Qafqazın tarixində ilk dəfə olaraq “Maestro School”un təmsilçiləri yüksən nəticə qazanıblar. Bundan öncə də beynəlxalq olimpiadalarda yüksək nəticələr göstərmişik və təvazökarlıqdan uzaq olsa da, söyləməliyəm ki, bu gün Azərbaycanın aparıcı İT məktəblərindən biriyik”.

Aprel ayında “Magen David International Center for Women” təşkilatı ilə “Maestro Shcool”un Əməkdaşlıq Memorandumunu xatırladan M.Paşayeva bu qurumun qadın sahibkarlığının inkişafına verdiyi töhfələrdən bəhs edib. “Magen David Women”nin direktoru Aygün Əhmədova,  “Women Business Council in Georgia”nın rəhbəri Natia Meparashvili,  “Magen David Women”nin direktoru Aygün Əhmədova,  “CİPE” proqram rəhbəri Şəlalə Kamilova Bakıda keçirilən forumun əhəmiyyətindən və “Maestro Shcool” un fəaliyyətindən söz açıblar. Qeyd ediblər ki, “Maestro Shcool” nəinki Azərbaycanda, Cənubi Qafqazda brenddir və məktəbin fəaliyyətinə artan yüksək maraq bunun bariz göstəricisidir.

Sonda qonaqlar “Maestro Shcool”un fəaliyyəti ilə yaxından tanış olublar.

// Hokm.az

  •  (0)
  •  (0)