Bu il üçüncü dopler radar sistemi fəaliyyətə başlayıb.
Hokm.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O bildirib ki, Qubada fevralın 1-də sözügedən dopler radar sisteminin açılışı həyata keçirilib.
“Dopler radar sistemi atmosferdə baş verən proseslərin öncədən qeydə alınması və aidiyyəti qurumlara çatdırılmasında böyük önəm daşıyır”, – deyə o əlavə edib.