Koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək.
Hokm.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.
O qeyd edib ki, kliniki sınaqlarda təxminən 15 aylıq bir dövr var.
“Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi xəstəliklərin mövcudluğu araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğunluğu protokollaşdırıldıqdan sonra həmin könüllülərin buster doza formasında kliniki sınağı aparılacaq”, – deyə o bildirib.