Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun nəzdində magistratura təhsil səviyyəsi üzrə Türk Mühəndislik və Menecment Məktəbi yaradılıb.
Hokm.az-ın məlumatına görə, bu barədə qərar Azərbaycanda əcnəbi tələbələr arasında Türkiyə vətəndaşlarının çoxluğu nəzərə alınaraq qəbul edilib.
Məktəbin məqsədi Türkiyə-Azərbaycan qardaşlıq dəyərlərini və ənənələrini rəhbər tutaraq qabaqcıl təhsil proqramları əsasında türk dilində keyfiyyətli təhsil vermək və sənaye peşəkarları yetişdirməkdir.
AzTU-nun COP29 tövsiyələrinin icrası istiqamətində işlərin görülməsi üçün yol xəritəsi də təqdim olunub.