Bir neçə həftə ərzində “Omikron” ştamı digər növləri sıxışdırıb.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, artıq koronavirusa yoluxanların hansı ştamla xəstələnməsi əhəmiyyətli məsələ deyil. Çünki yoluxanların 90 %-in üzərində Omikronla əlaqəli olduğundan virusun hansı növ olmasının elə də önəmi yoxdur. Aktiv xəstələrin əksəriyyəti ambulator həlqədə olan şəxslərin sayına görədir. Xəstəxana yatışında isə vəziyyət stabildir.