Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790 962 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 779 828 nəfər müalicə olunaraq sağalıb, 9 627 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 1 507 nəfərdir.
Ölkədə son sutka ərzində 5 454, hazırkı dövrədək isə 6 640 773 test aparılıb.