Azərbaycanda polis leytenantı otağında özünü güllə ilə vurub öldürdübackend

Azərbaycanda polis leytenantı otağında özünü güllə ilə vurub öldürdü

Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.

Hokm.az Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.

Onun ehtiyatsızlıqdan özünü güllə ilə vurduğu ehtimal edilir.

Meyit axşam saat 19:40 radələrində tapılıb.

Hokm.az

  •  (0)
  •  (0)