Azərbaycanda müəllimdən şagirdə qarşı ŞOK HƏRƏKƏT: sinifdən çıxmağa qoymadı və…backend

Azərbaycanda müəllimdən şagirdə qarşı ŞOK HƏRƏKƏT: sinifdən çıxmağa qoymadı və…

Azərbaycanda məktəblərin birində müəllim uşağa təbii ehtiyacını ödəmək üçün sinifdən çıxmağa icazə verməyib.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kürdəmir rayonundan olduğunu bildirən müəllim sosial şəbəkələrdə paylaşım edib.

Ramin Vəliyev adlı şəxs bildirib ki, uşaq dərs ərəfəsində ikinci dəfə icazə istəyib:

“Mən ona icazə vermədim. Şagird təbii ehtiyacını sinifdə ödədi. Oturacaq batmasın deyə dərs bitənə kimi onu ayaq üstə saxladım”.

Müəllim əlavə edib ki, özü şagirdin valideyninə bu barədə məlumat verməyib, uşaq evdə hadisəni anasına danışıb.

Valideyn məktəbdən və müəllimdən şikayətçi olacağını bildirib.

  •  (0)
  •  (3)