“Rusiyaya qoyulan qadağalarından sonra bu ölkə ilə hesablaşmalarda Azərbaycan banklarında hər hansı problem yaşanmayıb”.
Hokm.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Banklar assosasiyasının sədri Zakir Nuriyev deyib. Qurum rəsmisi biznes kreditlərinin faiz dərəcələri ilə bağlı da danışıb.
“Rusiya ilə hesablaşmalarda Azərbaycan banklarında hər hansı problem yoxdur ”
Bunu “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində jurnalistlərə açıqlama verən Banklar Assosasiyasının sədri Zakir Nuriyev deyib. Sədr hazırda aktiv şəkildə hesablamaların həyata keçirildiyini vurğulayıb.
Zakir Nuriyev biznes kreditlərinin faiz dərəcələri ilə bağlı da danışıb. Bankların biznes kreditləri üzrə faiz dərəcəsini müzakirə etdiyini deyib.
Ümumilikdə isə bizə yönələn təkliflərin biznes modelinə uyğun olaraq maliyyələşdirilməsini təmin edə biləcəyik deyə Banklar Assosasiyasının sədri əlavə edib.