Azərbaycanda koronaya yoluxanların sayı AÇIQLANDIbackend

Azərbaycanda koronaya yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 662 yeni yoluxma faktı qeydə alınıb, 1 452 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 611 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 588 790 nəfər müalicə olunaraq sağalıb, 8 222 nəfər vəfat edib, aktiv xəstə sayı 14 545 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 157, ötən müddət ərzində isə ümumilikdə 5 767 538 test aparılıb.

  •  (0)
  •  (0)