Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN AZALDIbackend

Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN AZALDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 632 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 864 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 59 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 752, bu günə qədər isə ümumilikdə 6 836 368 test icra olunub.

  •  (0)
  •  (0)