Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı – RƏSMİbackend

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı – RƏSMİ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilənməlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 453, bu günə qədər isə ümumilikdə 2 726 470 test icra olunub.

  •  (0)
  •  (0)