Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az- a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.
Ölkədə ümumilikdə 547 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 507 756 nəfər müalicə olunaraq sağalıb, 7 269 nəfər vəfat edib, aktiv xəstə sayı 32 256 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 367, ötən müddət ərzində isə ümumilikdə 5 284 216 test aparılıb.