Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 680 yeni yoluxma faktı qeydə alınıb, 2 134 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 703 334 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 648 512 nəfər müalicə olunaraq sağalıb, 8 898 nəfər vəfat edib. 45 924 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 442, bu günə qədər isə ümumilikdə 6 278 899 test icra olunub.