7NEWS.az xəbər verir ki, Azərbaycanda pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması, saytlarda yerləşdirilməsi qanunla qadağandır. Yayılması qadağan edilən informasiyalar dərc olunmuş saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması müvafiq qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.
Buna baxmayaraq bəzi fiziki və hüquqi şəxslər ölkə qanunvericiliyə, milli-mental dəyərlərə zidd gedərək açıq porno ticarətlə məşğul olmaqdadırlar. 7NEWS.az xəbər verir ki, bu günlərdə Azərbaycanda “BUTASHOP” (butashop.com) adlı internet maqazin fəaliyyətə başlayıb. Maqazində açıq şəkildə intim alətlər, mebellər, süni intim kuklaları satılır. Saytın sahibləri ölkə qanunvericiliyi açıq şəkildə pozaraq bütün intim ‘xidmətləri’ təklif edərək online çatdırııma xidmətini də əlavə ediblər. Yazıya əlavə oluna forolara baxmaq mövcüd mənzərəni təsvir etmək üçün kifayət edir. Məsələ ilə bağlı aidiyyatı qurumların rəylərini də təqdim edəcəyik.
Məlumat üçün qeyd edək ki, analoji hallarla bağlı daha əvvəllər də dövlət zəruri addımlarını atıbdır. Bundan öncə yarafılan saytlarla bağlı Elektron Təhlükəsizlik Xidmətindən daxil olan məlumata görə, fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytın və onun domen adının sahibinə, o cümlədən host provayderə yazılı xəbərdarlıq edilir. 8 saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə, Xidmət tərəfindən həmin saytın ölkə ərzisində fəaliyyətinin məhdudlaşdırılması barədə müvafiq məhkəmə instansiyalarına müraciət olunur.
Aidiyyatı qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəmə instansiyalarına müraciət olunub və onların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib.











