Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Raul Zeynalov vəzifəsindən azad edilib.
Apress.az bu barədə “qafqazinfo”ya istinadən xəbər verir.
Bildirilir ki, bu barədə müvafiq əmr imzalanıb.
Qeyd edək ki, R.Zeynalova 2021-ci ildə 39 yaşında general rütbəsi verilib.
O, daha əvvəl Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsində çalışıb.