Azərbaycanda bu məhsullar bahalaşıb…
2020-ci ilin fevral ayında ərzaq və qeyri-ərzaq məhsulları bahalaşıb.
Hokm.az Cebhe.info-ya istinadən xəbər verir ki, bu haqda məlumat Azərbaycan Mərkəzi Bankının statistik hesabatında yer alıb. Belə ki, cari ilin fevral ayında ərzaq məhsullarının qiymət indeksində 1.6 faiz bahalaşma olub. Qeyri-ərzaq məhsullarının qiyməti isə 1 faiz artıb.
Qeyd edək ki, 2019-cu ilin eyni dövründə bu rəqəm ərzaq məhsulların 4.9, qeyri-ərzaq məhsullarında isə 1.1 faiz olub. Mərkəzi Bankın rəsmi məlumatına görə cari ilin fevral ayı üzrə inflyasiya səviyyəsi 2.8 faiz civarında olub.