Azərbaycan Yelkənli İdman Federasiyasının adı dəyişdirilib.
Hokm.az xəbər verir ki, bu barədə federasiyanın baş katibi və MEDİA-nın direktoru Əhməd İsmayılov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qurum bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılacaq.
Qeyd edək ki, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib.