Zaqatalada 4,9 ballıq zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.
Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub.
*** 11:44
Qaxda zəlzələ olub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə bugün səhər saat 11-35-də Qax rayonu ərazisində zəlzələ olub.
Yerli sakinlərin sözlərinə görə yeraltı təkanlar bir dəfə hiss olunub.
Zəlzələ Qax şəhərində və ətraf kəndlərdə hiss olunub.
Hokm.az