Azərbaycanda 43 yaşlı məşhur həkim vəfat etdi – FOTObackend

Azərbaycanda 43 yaşlı məşhur həkim vəfat etdi – FOTO

Milli Onkologiya Mərkəzinin həkimi Rəhmət Bağırov 43 yaşında dünyasını dəyişib.

Bu barədə həkimin yaxınları sosial şəbəkədə məlumat yayıblar.

 

Həkimin bu gün səhər saatlarında ürəktutmadan vəfat etdiyi bildirilir. Qəfildən ürək ağrısından şikayət edən həkim üçün təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, R. Bağırov Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2010-cu ildən Milli Onkologiya Mərkəzinin Torakal Onkologiya şöbəsində cərrah-onkoloq vəzifəsində çalışıb.

306970

  •  (0)
  •  (1)