Azərbaycanda 320 manatdan aşağı pensiya OLMAYACAQbackend

Azərbaycanda 320 manatdan aşağı pensiya OLMAYACAQ

Prezident İlham Əliyev pensiyaların indeksləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Minimum pensiya məbləğinin artırılması ilə bağlı qanuna dəyişiklik də qüvvəyə minib.

Hokm.az xəbər verir ki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisadçı ekspert Elşad Məmmədov  açıqlamasında bildirib ki, ölkədə 2025-ci ilin yanvar ayının 1-dən minimum pensiyalar 320 manat məbləğində müəyyən edilib.

“O ki qaldı indeksasiya sisteminə, qeyd etmək lazımdır ki, Azərbaycanda pensiyaların indeksasiya sistemi  ölkədə istehlak bazarında ötən il rəsmi qeydə alınan infilyasiya göstəricilərinə uyğun aparılır. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, Azərbaycanda 2024-cü ildə rəsmi infilyasiya göstəriciləri 8.1% olub. Buna uyğun da pensiyaların məhz 8.1% indekləşməsi reallaşdırılıb. Bütün bunlar onu deməyə əsas verir ki, bir tərəfdən ölkədə minimum pensiyaların həddi 320 manat göstərilir, yəni ondan aşağı pensiya olmayacaq”.

O bildirib ki, indeksasiya faktiki olaraq ölkədə alıcılıq qabiliyyətinin qorunmasına istiqamətlənmiş bir addımdır:

“Şübhəsiz ki, pensiyaların artımı pensiya alan vətəndaşlarımızın sosial dəstəyinə istiqamətləndirilib. Çünki inflyasiya ölkədəki alıcılıq qabiliyyətinə, əhalinin o cümlədən pensiya alan təbəqənin sosial durumuna təzyiqlər göstərirdi. Ona görə də indeksasiya reallaşdırılmalı idi. Əhalinin kifayət qədər geniş  təbəqəsinin müdaifəsinin mövcudluğu ilə yanaşı, həm də bunun iqtisadi effekti olacaq. Çünki bu vəsaitlərin böyük hissəsi istehlak bazarına gedərək ölkədəki işgüzar fəallığı stimullaşdırılmasına, o cümlədən yerli real sektorun inkişafına müvafiq dəstəkə verəcək. Bu baxımdan ölkə Prezidentinin indeksləşmə ilə bağlı qəbul etdiyi qərar, eyni zamanda minimum pensiyaların artımı həm sosial, həm də iqtisadi baxımdan müsbət dəyərləndirilməlidir”.

  •  (0)
  •  (0)