Bu gün Ermənistan Parlamentinin deputatı Hoviq Ağazaryanın qonşu dövlətlər ilə sülh və əmin-amanlıq şəraitində yaşaması ilə bağlı fikirləri parlamentdəki müxalif fraksiyada birmənalı qarşılanmayıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, H.Ağazaryan çıxışında bildirib ki, əgər Ermənistan qonşuları ilə sülh müqaviləsi imzalasa, yeni müharibə başlayacaq. “Bu, pomidor müharibəsi olacaq”.
“Gəlin pomidor müharibəsinə hazırlaşaq. Tank müharibəsində və 80 milyonluq qüdrətli ölkəyə qarşı mübarizə aparmaqda çətinlik çəkiriksə və uduzuruqsa, onda pomidor müharibəsində də məğlub ola bilərik. Heç olmasa, elm və texnologiyaya müharibəsində, səhiyyə sistemlərinə yeniliklərə sahib olmaq uğrunda mübarizədə qalib gələk, turizm müharibəsində qalib gəlməyə çalışaq. Əgər biz heç bir yerdə qalib gələ bilməsək, onda düşünməli suallar var”, – Ağazaryan əlavə edib.