Azərbaycan və Ermənistan Budapeştə DƏVƏT EDİLİBbackend

Azərbaycan və Ermənistan Budapeştə DƏVƏT EDİLİB

Noyabrın 7-dəAvropa Siyasi Birliyinin V Sammiti keçiriləcək.

 

Hokm.az-ın məlumatına görə, görüş Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutacaq.

 

Sammitə Avropa İttifaqının (Aİ) üzvləri, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan daxil olmaqla 50-yə yaxın ölkənin liderləri dəvət edilib.

 

Macarıstanın Baş naziri Şarl Mişel və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin imzaladığı dəvət məktubunda deyilir ki, görüşdə Ukraynadakı vəziyyət, Avropada yaranan təhlükəsizlik çağırışları, miqrasiya və iqtisadi təhlükəsizlik mövzuları müzakirə ediləcək.

 

Miqrasiya üzrə sessiyada miqrasiyanın bütün aspektləri əhatə ediləcək, iqtisadi təhlükəsizlik üzrə sessiyada isə enerji, nəqliyyat, İT və qlobal ticarət baxımından əlaqə müzakirə olunacaq. İclas çərçivəsində ikitərəfli və ya çoxtərəfli görüşlər üçün geniş imkanlar yaradılacaq.

 

Ermənistan Baş naziri Nikol Paşinyan tədbirdə iştirak edəcəyini təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyevin də Sammitdə iştirak edəcəyi gözlənilir. İkitərəfli görüşün keçirilib-keçirilməyəcəyi məlum deyil.

 

Xatırladaq ki, Avropa Siyasi Birliyinin əsasları 2022-ci il Avropa Günündə qoyulub. Birliyin bundan əvvəki iclasları Çexiya, Moldova, İspaniya və Britaniyada keçirilib.

     

    •  (0)
    •  (0)