Azərbaycan-Ukrayna Beynəlxalq Alyansından Alena Əliyevaya təşəkkürbackend

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansından Alena Əliyevaya təşəkkür

Hokm.az xəbər verir ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov tərəfindən Alyans adından Alena Əliyevaya ünvanlanan məktubda deyilir:

Xanım Alena Aleksandrovna Əliyevaya

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı adından və şəxsən autizmli uşaqlara göstərdiyiniz diqqət və səmimi qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Sizin dəstəyiniz və xeyirxah təşəbbüsünüz həmin uşaqlar və onların ailələri üçün olduqca böyük əhəmiyyət daşıyır. Sizin kimi həssas və mərhəmətli insanların sayəsində onlar özlərini daha çox sevilən və anlayışla qarşılanan hiss edirlər.

Təşəbbüsünüz nəticəsində müxtəlif yaş qruplarından olan 50 uşağa velosiped hədiyyə olunmuşdur. Bu xeyirxah addım uşaqların həyatına sevinc, təbəssüm və aktiv istirahət imkanı gətirmişdir. Əminik ki, bu gözəl jestiniz onların qəlbində uzun illər xoş xatirə kimi yaşayacaqdır.

Sizə möhkəm cansağlığı, firavanlıq və bütün nəcib niyyətlərinizin həyata keçməsi üçün sonsuz enerji arzulayırıq. Qoy gördüyünüz xeyirxah işlər ətrafınızdakı insanlara ilham versin və daha çox insanı yaxşılığa sövq etsin.

Ən xoş arzularla və dərin minnətdarlıqla.

  •  (2)
  •  (0)