Milli Məclisin yaz sessiyasının bu gün ilk plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.
Hokm.az-ın məlumatına görə, bildirilib ki, bu sənəd qardaş ölkə ilə ortaq media platformasının yaradılması və mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq baxımından çox əhəmiyyətlidir.
Müzakirələrdən sonra memorandum layihəsi səsə qoyularaq qəbul edilib