Bu gün dünya miqyasında Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur.
Hokm.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 13-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən deyib.
Dövlətimizin başçısı qeyd etdi ki, bu gün dünya miqyasında ən yaxın müttəfiqlər arasında belə Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur. İkitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrimizin üçtərəfli platformalarda da inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu xüsusda, Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini qeyd etdi.
Türk dünyasının bizim ailəmiz olduğunu vurğulayan dövlətimizin başçısı bunu Milli Məclisdə Azərbaycan Prezidenti kimi andiçmə mərasimində bir daha dediyini xatırlatdı.