Azərbaycan Rusiya peyvəndinin alınmasını nəzərdə keçirəcək – Ceyhun Bayramovbackend

Azərbaycan Rusiya peyvəndinin alınmasını nəzərdə keçirəcək – Ceyhun Bayramov

Azərbaycan koronavirusa qarşı Rusiya istehsalı olan peyvəndi almaq imkanını nəzərdən keçirməyə hazırdır.

Hokm.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər nazir Ceyhun Bayramov TASS-a müsahibəsində deyib.

“Peyvənd almaqda maraqlı olduğumuzdan “Sputnik V” peyvəndinin ilk növbədə ÜST tərəfindən tanınması üçün lazımi prosedurlar tamamlanan kimi bu sahədə rusiyalı həmkarlarımızın əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik”, – deyə nazir bildirib.

XİN başçısı qeyd edib ki, Azərbaycan ÜST-ün üzvü kimi koronavirusla bağlı tövsiyə və müalicə metodlarına əməl edir.

  •  (0)
  •  (0)