Azərbaycan Rusiya ilə razılığa gəldi – ölkəmizə yeni peyvənd gətiriləcəkbackend

Azərbaycan Rusiya ilə razılığa gəldi – ölkəmizə yeni peyvənd gətiriləcək

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi  Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Səhiyyə Nazirliyindən Hokm.az-a verilən xəbərə görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.

Rəsmi məlumata görə, yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq

  •  (0)
  •  (0)