7 sentyabr 2025-ci il tarixində VİP Psixologiya Akademiyası və VİP Edu Mall-un birgə təşkil etdiyi tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Tədbir psixoloji xidmətlərin inkişafına, inklüziv təhsilin dəstəklənməsinə və yenilikçi proqramların cəmiyyətə təqdim olunmasına həsr olunmuşdu.
Ən mühüm məqamlardan biri Azərbaycanda ilk dəfə həyata keçirilən unikal üçlü proqramın təqdimatı oldu. Bu proqram inklüziv siniflərə hazırlıq, psixoloji-pedaqoji adaptasiya, akademik tədris və loqopedik yanaşmanı özündə birləşdirərək xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəb mühitinə daha rahat inteqrasiyasına imkan yaradır.
Açılış mərasimində Akademiyanın təsisçisi Malik Məmmədov, direktor Vüsalə Məmmədova, icraçı direktor Ofelia Əliyeva, baş psixoloq Rüfət Xəlilzadə və mərkəzdə fəaliyyət göstərən loqoped, defektoloq, pedaqoq və digər mütəxəssislər çıxış edərək Akademiyanın məqsəd və fəaliyyət istiqamətləri barədə geniş məlumat verdilər.
Çıxışlarda həmçinin qeyd olundu ki, VİP Psixologiya Akademiyası yalnız psixoloji dəstək və konsultasiya xidməti göstərmir, eyni zamanda cəmiyyətin psixoloji savadlılığını artırmaq, mütəxəssislərin peşəkarlığını gücləndirmək və yeni təhsil yanaşmalarını tətbiq etməklə ölkədə psixoloji xidmətlər sahəsinə yeni nəfəs gətirir.
Tədbirdə iştirak edən qonaqlar yeni proqramlarla tanış olmaqla yanaşı, interaktiv müzakirələrdə iştirak etdilər, psixoloji xidmətlərin gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi apardılar.
VİP Psixologiya Akademiyası və VİP Edu Mall yaxın gələcəkdə də inklüziv təhsil və psixoloji inkişaf sahəsində cəmiyyətə fayda verəcək yeni layihələrin reallaşdırılacağını elan etdi.
Əlaqə üçün:
📞 +994 70 315 77 75
📍 Ünvan: Nərimanov metrosu yaxınlığında, Təbriz küçəsi 239