Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıbbackend

Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Hokm.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,52 ABŞ dolları və ya 0,53% artaraq 98,75 dollar təşkil edib.

Dünən “Brent” markalı neftin bir bareli 94,44 ABŞ dolları olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  •  (0)
  •  (0)