“2017-ci ildə Azərbaycanın iki peyki vardı, onlardan birini – kəşfiyyat peykini almışdılar. Bəli, Azərbaycan kəşfiyyat peyki alanda, Ermənistan hakimiyyəti Yunanıstan adalarında, Avropada, mümkün olan yerlərdə torpaq sahələri alırdı”.
Hokm.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib:
“Deyirlər ki, mən qərar vermişəm: “Serj Sarkisyan Lələtəpəni verdi, mən isə deyirəm, gedin, alın” və bu zaman 700 nəfər həlak olub. Bu tamamilə absurddur. Bu əməliyyat təklifi generala məxsusdur, onu reallaşdırmaq qərarını general verib. Biz 20 illik xəyanət, 20 illik kapitulyasiya ilə mübarizə aparırıq”.