Azərbaycan 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcək.
Hokm.az “Report”a istinadən məlumat verir ki, sədrlik 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək.
Xatırladaq ki, 2024-cü il mayın 4-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində 2026-cı ildə İƏT-in 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsi təsdiqlənib.