Qondarma “Qarabağ Respublikası”nın Müdafiə Ordusunun keçmiş komandiri Cəlal Arutunyan ağır nəticələrə – canlı qüvvə və hərbi texnikada, mövqelərdə böyük itkilərə səbəb olan xidməti vəzifələrə səhlənkar münasibətdə ittiham olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan KİV-i Ermənistan İstintaq Komitəsinin məlumatına istinadən edərək məlumat yayıb.
Press-relizdə keçmiş komandirin səhlənkarlığını təsdiqləyən iki epizod açıqlanır. Xüsusilə, oktyabrın 6-da N saylı hərbi hissənin məsul olduğu ərazidə əks hücuma keçmək qərara alınır. Cəlal Arutunyan vahid komandan olmaqla, sülh və müharibə dövründə ona həvalə edilmiş hərbi hissənin (hərbi birləşmənin) daimi döyüş və səfərbərlik hazırlığına, hərbi hissənin (hərbi birləşmənin) döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə cavabdehlik daşımaqla, əks-hücum üçün döyüş nizamnaməsi ilə müəyyən edilmiş zəruri ilkin şərtləri təmin etmədən, oktyabrın 7-də xidmətə diqqətsiz münasibət göstərərək, yəni müdafiə zonasının bütün perimetri boyunca həm kəmiyyət, həm də keyfiyyətcə düşmənin (Azərbaycan Ordusunu nəzərdə tutulur – red.) 1:5 üstünlüyünü, o cümlədən düşmənin havada üstünlüyünü nəzərə almadan, bölmələrinin döyüş qabiliyyətini və imkanlarını ciddi öyrənmədən, düşmənin irəliləyişini dayandırmadan, oktyabrın 5-dən düşmənin yerləşməsini və tərkibini hava kəşfiyyatı ilə dəqiqləşdirmədən, düşmənin mümkün ehtiyatlarını müəyyən etmədən, planlaşdırma və həyata keçirmə zamanı düşməni 1:3 nisbətində üstələmək tələbinə məhəl qoymadan və əks-hücum həyata keçirən bölmələr arasında qarşılıqlı əlaqə olmadığı halda əks hücuma keçmək əmri verib. Nəticədə bölmələr böyük hərbi texnika və canlı qüvvədə itkiyə məruz qalmış (20 hərbçi həlak olmuş, tapşırığa daxil edilmiş 44 tankdan 19-u, 29 piyada döyüş maşınından 3-ü sıradan çıxarılıb), ehtiyat hissələr döyüşə qoşula bilməyiblər.
İstintaq Komitəsinin məlumatında təsvir olunan ikinci epizod 12 oktyabr hadisələrinə aiddir. 11 oktyabr 2020-ci il tarixində N saylı hərbi hissənin artilleriya divizionu Varanda rayonunun Cuvarlı kəndi (Fizuli rayonu Cuvarlı kəndi – red.) yaxınlığında atəş mövqeyinə yerləşib. Oktyabrın 12-də saat 17:30 radələrində divizionun komanda məntəqəsindən qeyd edilən atəş mövqeyindən təqribən 1 km məsafəlik təpədə 100 nəfərdən artıq hərbi qulluqçudan ibarət qrupun atəş mövqeyinə hərəkəti müşahidə olunmuş, onların arasında AR Silahlı Qüvvələrinin formasında olan şəxslər də görünüb. Bunların düşmən diversantları olduğundan şübhələnən divizion komandiri dərhal atəş nöqtəsini tərk etməyi əmr edib və tələsik şəxsi heyətin yanına getdib. Eyni zamanda, hərbi hissənin artilleriya rəisi ordunun artilleriya idarəsinə yaxınlaşan hərbu qrup barədə məlumat verib və onların kim olduğunu aydınlaşdırmağı xahiş edib. Cəlal Arutunyana bu barədə məlumat verilsə də, o, hərtərəfli araşdrıma aparmadan bölmənin “özümüzkülər” olduğuna qərar verib və bu məlumat diviziona çatdırılıb. Divizion komandiri alınan məlumatdan şübhələnərək, özü də komanda strukturları vasitəsilə C.A.-ya müraciət edib. Cavab eyni olub.
Hələ şübhədə qalan divizion komandiri müşahidəsini davam etdirib. Bir neçə dəqiqədən sonra düşmənin diversiya qrupu müşahidə komanda məntəqəsindən yan keçərək atəş mövqeləri istiqamətində irəliləyib. Divizion komandiri 500 metr məsafədən yaxınlaşan qrupun düşmən olduğunu əmin olub və atəş mövqeyini tərk etmək əmri verib, lakin Cəlal Arutunyandan alınan səhv əmrə görə düşmən artıq 1-ci batareyanın qarşısında atəş mövqeyinə daxil olub və 400 metrə yaxın məsafədən 1-ci batareyanın şəxsi heyəti və texnikasını atıcı silahlardan və qumbaraatanlardan atəşə tutub. 2-ci batareyanın şəxsi heyəti yolun kənarında olduğundan, silahları orada qoyaraq üç yaralı ilə birlikdə atəş mövqeyini tərk edə biliblər. 1-ci batareya düşmənin birbaşa hədəfi olduğundan, qeyri-bərabər döyüşdə batareyanın şəxsi heyətinin 20 hərbçisi həlak olub, 7 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb, artilleriya rəisi, polkovnik-leytenant N.O.-nun yeri hələ də məlum deyildir. N saylı hərbi hissənin artilleriya divizionunun komanda məntəqəsi və atəş mövqeləri, o cümlədən 8 ədəd D-20 topu, 4 ədəd Ural markalı maşın, çoxlu sayda silah-sursat, mərmilər, xidməti sirləri özündə əks etdirən sənədlər düşmənin əlinə keçib, düşmən bu ərazidə strateji üstünlük əldə edib və ertəsi gün, oktyabrın 13-də düşmənin qeyd edilən diversiya qrupu maneəsiz gəlib N saylı hərbi hissənin daimi dislokasiya yerini nəzarətə götürüb.
2 sentyabrda Cəlal Arutunyan barəsində iki epizod üzrə ER Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi ilə ittiham irəli sürülüb. Ona qarşı “başqa yerə getməmək” haqqında qəti imkan təbiri seçilib, həmçinin onun səlahiyyətləri dayandırılıb.