“Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib”.
Azərbaycan Qarabağ münaqişəsindən əziyyət çəkən dövlət olaraq hər zaman sülh və təhlükəsizliyin qorunması istiqamətində beynəlxaq arenada təşəbbüslərlə çıxış edir. Eyni zamanda bu istiqamətdə beynəlxalq əməkdaşlığa daimi üstünlük verir. Bu istiqamətdə Azərbycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) ilə də əməkdaşlıq edir. Prezident İlham Əliyev istər AQEM, istər digər beynəlaxalq forum və təşkilatların zirvə toplantılarında sülh yolunda atılan addımlarda Azərbaycanın tərəfdaşlığa hazır olduğunu bəyan edir. Məlumat üçün bildirək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstan tərəfindən irəli sürülüb.
Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub. Hazırda 28 üzvü olan AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbər prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Oktyabrın 13-də isə Astanada Prezident İlham Əliyevin iştirakı ilə AQEM-in 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. İclasda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFE) forumdan təşkilata çevrilmək barədə qərar qəbul edilib. Sammitdə həmçinin bir sıra sənədlər qəbul edilib. Onların arasında dövlət başçılarının informasiya texnologiyaları sahəsində təhlükəsizlik üzrə əməkdaşlıq haqqında bəyanatı, Birləşmiş Millətlər Təşkilatının qlobal əks-terror strategiyasının həyata keçirilməsi üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin fəaliyyət planı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Fondu haqqında əsasnamə var.
Azərbaycan-AQEM münasibətlərində sülh məsələləri üstünlük təşkil edir və ölkəmiz sülhün yaranması üçün təşkilat çərçivəsidə verilən qərarların icrasına və atılan addımlara öz töhfəsini verməyə çalışır. Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında hər zamankı kimi Prezident İlham Əliyev çıxşında Azərbaycanın ədalətli sülhün tərəfdarı olduğunu deyib: “Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib”.
Azərbaycan Qazaxıstanın AQEM-in çağırılması ilə bağlı təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdən biri olub və hazırda da AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyalarını yerinə yetirməkdədir. Belə ki, Azərbaycan tərəfi 20-21 aprel 2011-ci il tarixlərində Bakıda sözügedən etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə ev sahibliyi edib. 23 sentyabr 2021-ci il tarixində isə “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda ekspertlərin növbəti görüşü virtual formatda Azərbaycan tərəfindən təşkil edilib. 2018-ci ilin 13-14 aprel tarixlərində Bakıda “Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı da təşkil edilib. Bu xüsusda, cənab Prezident AQEM-in 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışında təhlükəsiz nəqliyyat məsələlərinə də toxunub: “Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.
Bu gün fəxr ilə deyə bilirik ki, Qarabağ münaqişəsi Vətən müharibəsində Ermənistanın kapituliyasiyası və çoxmillətli Azərbaycanın vətəndaşlarının xeyrinə həll edilib. Bundan sonrakı prosesdə isə Ermənistandan əsas gözlənti sülhmərmalı davranışdır. Azərbaycan isə hər zaman sülhməramlılığa yardım istiqamətində aparıcı dövlət olub.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi