Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi seçildibackend

Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi seçildi

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, MOK-un onlayn formatda VIII Hesabat-Seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra MOK-da digər vəzifələrin sahibləri bilinib.

İclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftahətdinova MOK-un vitse-prezidentləri seçilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev bu gün növbəti dəfə MOK-un prezidenti seçilib.

  •  (0)
  •  (1)