AZAL rəhbərinə bağlı olan bankda ciddi qanun pozuntusubackend

AZAL rəhbərinə bağlı olan bankda ciddi qanun pozuntusu

31 dekabr 2020-ci il tarixinə “Premium Bank” 3 müştəriyə göstərilən həddən artıq kreditlər verib.

Hokm.az xəbər verir ki, bu barədə bankın audit hesabatında qeyd edilib.

Həmin müştərilərin adı və ayrılan kreditin məbləği açıqlanmır.

Hesabatda həmçinin qeyd edilib ki, bankın 4 tərəflə əlaqədar böyük kredit riski var. Bu 4 tərəfdən 31 dekabr 2020-ci il tarixinə ödənilməmiş kredit məbləği bankın birinci dərəcəli kapitalının 10%-dən çoxdur.

Xatırladaq ki, 2020-ci ilin sonuna bankın kredit portfeli 539.186 milyon manat təşkil edib.

“Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva (AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı), “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.Index.az

  •  (0)
  •  (0)