AZAL-ın təyyarəsinə üç xarici təsir olub – RƏSMİbackend

AZAL-ın təyyarəsinə üç xarici təsir olub – RƏSMİ

Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib.

Hokm.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov hava limanındakı vida mərasimində deyib.

O bildirib ki, qara qutu artıq açılıb oxunur:

“İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Heyət yerə “qəzaya uğrayıram” siqnalı göndərib, yaxınlıqda olan Mahaçqala və Qroznı hava limanları nədənsə təyyarəni qəbul etməyiblər. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir”, – o deyib.

İlham Əmirov əlavə edib ki, qəzanın səbəbləri araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

  •  (0)
  •  (0)