Ötən gün əməkdar artist Aybəniz Haşımova Sevinc Osmanqızına sosial şəbəkə vasitəsi ilə öz iradını bildirib.
Hokm.az Buta.ws-ə istinadən xəbər verir ki, Əməkdar artist ona atasının ruhuna hörmətlə yanaşmağı tövsiyə edib:
“Sözüm Sevinc xanım Osmanqızınadır. Sevinc xanım sizin dövlətlə aranızda olan mübahisə hər zaman davam edib və indi də davam edir. Siz azad vətəndaşsız. Sözünüzü deyirsiz hökumətə. Hökumət sizə cavab verir. Ya da ümumiyyətcə əhəmiyyət vermir. Bu tam başqa bir mövzudur. Mən siyasətçi deyiləm, heç siyasətlə məşğul olmaq fikrim də yoxdur. Amma burdan sizə bir neçə kəlmə demək istəyirəm. Siz Azərbaycanlı xanımsınız. Bəlkə də atanız Osman bəy olmasaydı mən buna şübhə ilə yanaşardım. Bəlkə də mən sizin atanızı tanımasaydım, ona hörmətim olmasaydı. Mən demək olar ki, uşaq yaşlarımdan Dövlət televiziyasında böyümüşəm. Və sizin atanızın böyük ziyalı olduğunu çox yaxşı bilirəm.Amma hal-hazırda çox təəssüf hissi ilə deyirəm ki, Osman bəyin qızı gedib ABŞ-da oturub, xalqı, düşmənin ayağına verir. Sizin millətə daş atanlardan heç bir fərqiniz olmadı. Siz, sizin atanızı sevənləri sarsıtdız bu hərəkətinizlə.
Çox təəssüflər olsun ki, sizin o videonuz təsadüfən qarşıma çıxdı və mən o videonu gördüm. Azərbaycan hər zaman sülh sevər xalq olub. Üsyankar olmayıb. Sizə xatırlatma edim. Azərbaycan tarixlər boyu erməniləri başı üstündə tutub, ömür boyu ermənilər Azərbaycanın ən gözəl yerlərdə yaşayıb. Bəs necə oldu ki, Azərbaycanlılar ermənilərə üsyankar oldular. Siz heç Allahından qorxmadınmı? Siz necə belə deyə bilərsən ki, Azərbaycan edir bunu. Onda mən, özüm özümü şəhid edirəm demək. Sizin ermənilərdən bir fərqin yoxdur. Mənim generalım, polkovnikim, əsgərlərim vətən yolunda şəhid oldu. Mənim Taleyim şəhid oldu. Mənim həyatım alt-üst oldu. Mən bir anda dövlətimdən dönmədim əziyyət çəkdim amma yenə dönmədim. Siz necə qıyırsız axı millətimiz haqqqında belə danışmağa. Sizə bu ixtiyarı kim verib?
Mən demirəm mənim millətim gedib, hər hansısa ölkədə erməniyə daş, ya yumruq atsın, ya da öldürsün oları. Mən bunun tərəfdarı deyiləm. Azərbaycan necə rahat yata bilər ki, 20%-dən çox torpağı işğal altındadır. Yenə deyirəm Sevinc xanım, əgər atanızın ruhuna 1 damla hörmətiniz varsa Azərbaycan torpağı uğrunda canından keçən şəhidlərin ruhuna hörmətlə yanaşın. Əgər bir balaca atanızın ruhuna hörmətiniz varsa, mənim millətimin adını çəkməyin. Siz azərbaycanlı xanımsınız. Özünüzü atanızın qanına uyğun aparın. Unutmayın ki, sizin atanız da Azərbaycan uğrunda şəhid olub. Xahiş edirəm bunu yadınızdan çıxarmayın”.